17 Sentyabr 2021, 11:07 | Ana Səhifə - Yazılar - Qurban Qurbanovun hərəkətində nə qəbahət var?
Qurban Qurbanovun hərəkətində nə qəbahət var?

Fazil Mustafa

Tanınmış insanların ictimai həyatda davranışlarının cəmiyyət içində müzakirə olunmasına normal yanaşmaq lazımdır. Bir çox insan bu davranışlardan özü üçün müəyyən məqamları əxz edərək, faydalanmaq istəyir. Yaxud da müşahidə etdiyi yanlış davranışdan ibrət götürərək, onu təkrarlamamağa çalışır. Yetər ki, bu cür müzakirələr təhqirsiz, söyüşsüz olsun, əsassız ittihamlar yer almasın.
Azərbaycanda əsasən siyasi və dindar mühitində bu çirkin üslub geniş yayıldığına görə hər hansı bir fikrin qarşısında xeyli fikir qatilləri dikəlir və insanın sözünü qoyub özünün üzərinə şığımaqla heç nəyi əqli-səlim müzakirə etməyə imkan tanımırlar.
İndi də sosial müzakirə Azərbaycanın gerçək dəyərlərindən olan, futbolumuzun inkişafında mübahisəsiz ən böyük rolu olan, peşəkarlığı və mütəvazi şəxsiyyəti ilə seçilən, yaxından tanıdığım, hətta bir yerdə futbol da oynadığım, hətta birlikdə ibadət də etdiyim Qurban Qurbanovun mətbuat konfransından öncə pivə butulkasının yığışdırılmasını tələb və təmin etməsi üzərində gedir. Əvvəla onu deyim ki, dünənki oyun hər nə qədər heç-heçə tamamlansa da, "Qarabağ" özünəməxsus səviyyəli futbol ortaya qoydu və hər kəsin təqdirrini qazandı. İllərdir bu cür oyun intizamı və sistemi pozulmayan, parlaq liderləri olmadığı halda kollektiv oyunla bunu kompensasiya edən bir komanda yaradılmasının və Azərbaycanın başını uca edilməsinin birbaşa Qurbanın böyük zəhməti hesabına başa gəldiyi kimsəyə sirr deyil. Həm də söhbət dünyada "Qarabağ" adının təbliğindən gedirsə, bu sahədə inanılmaz dərəcədə böyük bir təbliğat missiyasını da məhz bu komanda öz üzərinə götürərək ermənilərə mənəvi sarsıntı yaşatmağa da nail olmuşdur. Bunlar öz yerində.

İndi gələk mətbuat konfransında pivə qablarının masadan yığışdırılması məsələsinə. Bu cür durumlarda hər kəs birinci sualı özündən başlamalıdır. Sual: Şəxsən mən, bu cür situasiyada necə davranardım? Cavab: Heç tərəddüdsüz o pivə qablarını qarşımdan dərhal yığışdırardım. İslam inancı ilə bağlı məqamı bir kənara qoyuram, baxmayaraq ki, bunun da məsələyə əhəmiyyətli təsiri var. Lakin hər hansı bir inanc insanın daxili məsələsi olduğundan, belə şərtlərdə inancı gözə soxmaq insanlarımız tərəfindən haqlı olaraq xoş qarşılanmır. Sadəcə bir səbəbə görə bunu edərdim: özümə rəva görmədiyim bir içkini başqası üçün reklam etməmək haqqıma görə.

Mən Ronaldunun da Koka-Kola ilə bağlı hərəkətinə haqq qazandırmışdım. Maraqlıdır ki, özüm Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidentiyəm və bizim Olimpiya hərəkatının da sponsoru Koka-Kola firmasıdır. Ancaq mənşəyi bəlli olmayan bu içkini özüm içmirəmsə, başqalarına da tövsiyə etmirəmsə, necə reklam edə bilərəm? Masada məhz mənim üçün ayrılan sahədə öz hüququmu gerçəkləşdirməyə irad bildirmək nə dərəcədə məntiqli olardı? Qurban Qurbanov da inanc və ya başqa səbəbdən zərərli hesab etdiyi bir içkini o anda özünə ayrılmış sahədə reklamdan imtina edibsə, burada qəbahət nə var?

Başqasının qarşısından götürsəydi, buna irad səsləndirmək bəlkə də uyğun görünərdi, ancaq burada kimsənin pivə içmək və ya onu reklam etmək hüququna müdaxilə etməyib ki?

Bu günlərdə oxuyub tamamladığım bir əsərdən kiçik bir epizod yadıma düşdü. Ayn Rand adlı məşhir amerikan yazarı və obyektivist fəlsəfənin banisi haqqında intellektual bioqrafiyanı oxuyarkən maraqlı bir mübahisə qarşıma çıxdı. Demək Ayn Rand zalda öz fəlsəfəsi barədə mühazirə oxuyur, bir qadın yaxınlaşıb onun fotoaparatla şəklini çəkir. Bu halda qəzəblənən Ayn ondan tələb edir ki, lenti çıxarıb həmin şəkli dərhal silsin. Və bunu edənə qədər çıxış etməyi dayandırır. Səbəb açıqdır: Ayn Randa görə onun vücudu onun xüsusi mülkiyyəti olduğu üçün icazəsiz kimsə vücudunun şəklini çəkə bilməz! Beləcə dostlar, nəticəni düşünərək özünüz çıxarın.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26 Aziz Sancar səfirlə birgə Şuşada - FOTO 4 Dekabr 2021, 15:18 “Yevlax Pilot Aqropark”ı açıldı 4 Dekabr 2021, 15:10 Ramil Səfərov barəsindəki iddialar TƏKZİB OLUNDU 4 Dekabr 2021, 14:57 İlham Əliyev kralı təbrik etdi 4 Dekabr 2021, 14:48 Güləş Federasiyasının ofisindən oğurluq edənlər saxlanıldı 4 Dekabr 2021, 14:46 “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi - SİYAHI 4 Dekabr 2021, 14:44 Ordumuzun komando hərbi hissəsinə “Həyəcan” siqnalı verildi - VİDEO 4 Dekabr 2021, 14:40 Rusiya sülhməramlıları görün Qarabağda nəylə məşğuldu... 4 Dekabr 2021, 14:20 Sosial şəbəkələrdə aktiv olan məmurlar - SİYAHI 4 Dekabr 2021, 13:58 Bayramov-Mirzoyan görüşünün keçirilməmə səbəbi açıqlandı - RƏSMİ 4 Dekabr 2021, 13:57 İran səfiri Putinin xüsusi nümayəndəsilə nələrdən danışdı 4 Dekabr 2021, 13:49 Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb 4 Dekabr 2021, 13:46 Ali Radanın spikeri: Azərbaycan və Ukraynanı uğurlu gələcək birləşdirir 4 Dekabr 2021, 13:35 Rəsul Quliyev Bakıya gəlmək istəyir: “Hələ fikirləşirəm” 4 Dekabr 2021, 13:33 Bu fermerlərə subsidiya ödənilməyəcək 4 Dekabr 2021, 13:25
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?