17 Sentyabr 2016, 10:56 | Ana Səhifə - Yazılar - Çörək
Çörək

QABİL

 

 

Çörək dükanlarının qapısında gəzənlər,

Çörək dolu rəflərə baxıb ağız büzənlər,

“İstisini ver” – deyə satıcını üzənlər,

Gecə bişən çörəyi səhər nankor süzənlər

Ağından, qarasından... hər cüründən bezənlər!

Qədərsiz olsa çörək,

Qədirsiz olur demək?!

 

Ey evində çörəyi... çörəkçin dayananlar,

“Təzə çörək gəlmədi?” söylənib deyinənlər,

Təkərlər üstündəki təknəyə boylananlar,

Gözlədiyi çörəyi... görməyib hay salanlar,

Dükan dolub daşınca dükandan seyrələnlər!

Unutmayın bir şeyi:

Çörək sevmir gileyi...

 

Sizdən öyrənir uşaq, sizdən götürür, əlbət,

Yaşlılar, yaddaşlılar! Sizə vacib bu söhbət,

Yadınızdan çıxıbmı çəkdiyiniz zəlalət,

Onda bir tikə çörək süfrələrdə səadət...

İndi tullantı olur süfrələrdə bərəkət.

Aşıb-daşsa da çörək

Ona ehtiram gərək.

 

Yurdun çörəyi boldur, hədər deyildir ancaq,

Qanımızla sulanıb çörək verən bu torpaq.

Blokada dastanı yazılmayıbdır nahaq...

O vaxtdan sinələrdə hələ də var düyün-dağ...

Nə aclıq, nə harınlıq bilməsin oğul-uşaq:

Nə israf olsun çörək,

Nə bizə qıtlıq gərək.

 

Bir sünbülün dənini min quşdan qorumuşuq,

Küləkdən qorumuşuq, yağışdan qorumuşuq,

Səksəkəylə bəd gözdən, baxışdan qorumuşuq,

Od ələyən Günəşdən, sərt qışdan qorumuşuq,

Lap anadan, bacıdan, qardaşdan qorumuşuq...

Bugünkü günlər üçün

Bugünkü günlər üçün.

 

Ana haqq-sayını gözünün nurunda gəz,

Çörəyi də anatək müqəddəs sayırıq biz,

Ana ilə çörəyi ödəməz heç bir əvəz...

Ana ilə çörəyə ağ olan ruzu görməz,

Ana ilə çörəyə dünyada pis deyilməz.

Ana – namus, dəyanət,

Çörək – xeyir, bərəkət,

Çörək – qüvvət, mətanət.

 

1971

 

 

 

DUZ

 

Duz!

Hər yerdə dolu,

Hər yerdə ucuz.

Ucuzdur iynədən, sancaqdan.

Düymədən, daraqdan,

Acı siqaretdən,

Şit qaletdən.

Duz!

Qışda-qarda

Duzdan baha olur

Bir parça

Buz...

Qonşudan duz istəyəndə

Adam utanmır heç,

Rişğənd ediləcəyinə

İnanmır heç.

Duz üstündə heç kimin

Tamahı sürüşməyib.

Duz üstündə bir kişi

Bərkə-boşa düşməyib.

Duz

Duz

Duz!

Hər yerdə dolu,

Hər şeydən ucuz...

 

                        * * *

 

Naxçıvanda bir gün,

Guya vaxtı öldürmək üçün

Məni duz mədəninə apardılar.

Elə bil qar yağmışdı

Narın qar...

Duz

Taptalanır,

Xırçıldayırdı

Ucuz-ucuz...

Torpağın böyük neməti,

Həyatın əbədi ehtiyacı,

Zərurəti –

Çörəyin duzu,

Sözün duzu –

Bu – məcazi mənasıdır hələ

Duzun –

Hər şeydən ucuzun

Brilyanta bərabər

Kristal, ağ dənələr!..

Duz –

Başa gəlmirdi rahət,

Asudə, ucuz!..

İnsanlar tər tökürdü, tər,

Nərə çəkirdi maşınlar – nəhənglər.

Ciyərlərə toz yatırdı.

Ciyər,

Nəfəs,

Ömür – insan baha...

Duz – ucuz!

Uzanırdı uzaqlara

Kanatlar.

Vaqonetkalar axırdı

Qatar-qatar,

Toqquşurdu bəzən.

Qəfil göy gurultusundan

Diksinən kimi olurdum mən.

Nə çətin iş, nə ağır zəhmət!

Nə böyük sərvət.

Duz!

Bir stəkan qazlı sudan

Ucuz!..

Yerin altına endik,

Ora döndük, bura döndük.

Şaxtalar şaxələndi,

Başımıza duz ələndi.

Ətraf ləl-cəvahirdi,

Daş-qaşdı.

Dörd dövrəmiz işıq saçan

Sehirli daşdı.

Duz,

Duz,

Duz,

Dərinlərə getdi yolumuz.

İnsanlar layları yarırdı,

Külçələr qoparırdı.

Üst qatlar

Onların üstündə tutmuşdu qərar.

Parıltıdan göz qamaşırdı.

Təzyiqdən

Nəfəs daralır,

Hava sıxlaşırdı.

Kompressorlar axın verirdi

Hər an.

Durulur, coşurdu qan.

İnsanlar mərd, yorulmaz, qoçaq,

Yerin üstü də ağ,

Yerin altı da ağ.

Duz,

Duz,

Duz.

Bahadır, qiymətlidir

İnsanın zəhməti kimi,

Boldur –

Geniş ürəklərin

Səxavəti kimi.

Hər şeydən baha,

Hər şeydən

Ucuz!

Duz!

 

1966

Sumqayıtda ata oğlunun evini yandırdı   1 Avqust 2021, 19:04 “Tokio-2020”: Çin liderliyini davam etdirir   1 Avqust 2021, 18:48 Yel qayadan heç nə aparmaz 1 Avqust 2021, 18:33 “Yaponiyaya çempionluq üçün getmişdim” - Cüdoçumuz 1 Avqust 2021, 18:29 Özbəkistan latın əlifbasına keçdi     1 Avqust 2021, 18:19 Polisi döyən deputat üzr istədi: “Səhv etmişəm”   1 Avqust 2021, 17:53 Türkiyədə yanğında ölənlərin sayı artdı - FOTO   1 Avqust 2021, 17:51 Komitə sədri: “Parlament uğurla fəaliyyətini davam etdirir”   1 Avqust 2021, 17:50 FHN Marmarisdə yanğınların qarşısını aldı - VİDEO 1 Avqust 2021, 17:43 “Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov 1 Avqust 2021, 17:24 Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB   1 Avqust 2021, 17:07 “Yalanın həqiqət kimi təqdim olunması təəssüf doğurur” - Cavanşir Feyziyev      1 Avqust 2021, 17:03 Şevçenko millidən ayrıldı  1 Avqust 2021, 16:58 Peyvənd olunanların sayı açıqlandı 1 Avqust 2021, 16:49 Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40 Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu 1 Avqust 2021, 13:34