27 Sentyabr 2021, 08:45 | Ana Səhifə - Yazılar - Kimdir bizim milli elita?..
Kimdir bizim milli elita?..

Elçin Alıoğlu

Hər millətin, etnosun, cəmiyyətin, xalqın, dövlətin, ölkənin öz elitası var.


Onların hər biri "elita" dedikdə fərqli insanları nəzərdə tuturlar.


ABŞ vətəndaşları üçün elita maliyyəçilər, İT mütəxəssisləri, texnogenika insanlarıdır.


Yaponlar üçün elita mühəndislər və alimlərdir.


Ruslar üçün elita ziyalılar, alimlərdir.


Norveçlər üçün elita sadə fermerlərdir.


Haitililər üçün elita tez və yaxşı pul qazanıb "həyat sahibləri" olanlardır.


Əfqanlar üçün elita din xadimləridir.


Bizim üçünsə...


... Ötən il, bu gün, sentyabrın 20-də, elə indiki vaxtda, axşam saatlarında Savaşın başlayacağını bilirdim. Dəqiq bilirdim.


Sentyabrın 27-də Savaş başlandı.


Müharibə yox, hərbi əməliyyatlar yox, məhz Savaş.


Çünki bıçaq sümüyə dirənmişdi.


Çünki Ermənistan bu dəfə nəyin bahasına olursa-olsun, Tərtər və Goranboy rayonlarını işğal edərək Gəncəyə çıxmaq istəyirdi.


Çünki Ermənistan kollektiv Qərbin, Şərqin, Cənubun və Şimalın tam 28 il ərzində Azərbaycan ərazilərinin işğladan təmizlənməsi, işğala son qoyulması üçün ona faktiki olaraq heç nə etməməsindən ifrat dərəcədə,ağlasığmaz dərəcədə qudurmuşdu.


Azğınlaşmışdı Ermənistan.


Savaş başlandı.


Sentyabrın 27-dən başlayaraq noyabrın 9-dək insanlarımız qayğılı idi.


Gözlər xəbərlərdə, telekanallarda - hamı cəbhədən xəbər gözləyirdi.


Sinirlər gərilmişdi, nəbz uzaqlarda, səngərlərdə vururdu - vücud ən müxtəlif məkanlarda, şəhərlərdə, ölkələrdə olsa da.


Bir sual milləti düşündürürdü: ermənilərin müdafiəsini yara biləcəyikmi, yarsaq, bu, nəyin bahasına başa gələcək, döyüşlər necə gedəcək.


Sosial şəbəkələrdə Vətən mövzusu hər şeydən və hər kəsdən üstün oldu.


Qayğılı, fikirli kişilər və gözlərindəki yaş bir mikroməqama bənd olmuş xanımlar.


Anlayırdılar ki, millətin və dövlətin gələcəyi, hər birimizin gələcəyi orada, Savaşda həll olunur.


Bir nəfərin ölümü faciədir. Min nəfərin ölümü statistika.


Savaşda minlərlə gəncimizi şəhid verdik, amma bu ölümlər statistika yox, ulusun oyanışı, dirçəlişi, qüruru oldu.


İndi, o günlərdən bir il sonra düşünək: kimdir bizim milli elita?


Təbii, alimlər, həkimlər, mütəxəssislər, pedaqoqlar intellektual elitardır.


Amma elitanın fərqli növləri var ki, onların hamısının məcmusu və müntəxabatı ŞƏHİDLƏR oldular.


Bəli, məhz onlar, yaxşıların yaxşıları.


Nişanlı olacağı günü səbirsizliklə gözləyən və arzulayan 18 yaşlı gənc səngərdən çıxıb düşmən üzərinə atılırsa, həyatını alimlərin, müəllimlərin, mütəxəssislərin, həkimlərin yaşaması üçün Vətənə qurban etdi.


Kiçik qızının fotosuna smartfonunda baxıb sonra o balaca, gözəllər gözəli yavrunun yaşaması və böyüməsi üçün qızını bir daha görmək imkanını orada on metr irəliləmək imkanına qurban verən zabitdir elita.


Axşam anasına "Narahat olma, hər şey yaxşıdır, tezliklə qayıdacağam" yazıb səhər saatlarında minalanmış sahəyə atılan, oradakı yaralı komandirini çıxarmaq üçün canını fəad edən gəncdir elita.


"Vətən yaxşıdır!" deyib gülümsəyən və ölümə gülümsəyərək gedən əsgərlərdir elita.


Onların hər biri elita olduqları üçün məcmu elita - Azərbaycan Ordusu idilər.


O ordu ki, baba təki bizə qüruru, nənə təki var olduğunun qədrini bilməyi, ana kimi toxtaqlığı, ata kimi namusla qeyrəti, Vətən kimi sadiqliyi dedi hər gün.


Hər gün millət olaraq Ordumuzun qürur, məntiq, ümid və inam dərsini aldıq.


44 gün ağrılı, acılı, amma unudulmaz oldu.


Bayraq üçün güllələrə tuş etdiyin, bayrağa dönən alnından öpürəm, şəhidim.

Təşəkkür edirəm sənə, Azərbaycan əsgəri…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə GÖRÜŞDÜ 25 Oktyabr 2021, 14:30 Azərbaycan Müqəddəs taxt-tacda səfirlik açır 25 Oktyabr 2021, 14:25 “Qubadlı” yarımstansiyasının açılışı oldu 25 Oktyabr 2021, 14:10 İrəvandan YENİ TƏXRİBAT: Qarabağa 300 milyon ayıracaq 25 Oktyabr 2021, 14:05 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin AÇILIŞINDA 25 Oktyabr 2021, 14:00 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu 25 Oktyabr 2021, 13:56 Prezidentlə xanımı QUBADLIDA 25 Oktyabr 2021, 13:51 “Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF 25 Oktyabr 2021, 13:45 Ankarada kompozisiya təqdim olundu 25 Oktyabr 2021, 13:40 Koronavirus xəstəsi evi TƏRK ETDİ 25 Oktyabr 2021, 13:34 Ombudsman Ermənistan cinayətlərindən DANIŞDI 25 Oktyabr 2021, 13:28 Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50 DOST Mərkəzinə MEDİATUR 25 Oktyabr 2021, 11:46 İrəvan-Gümrü qatarı daşa basıldı 25 Oktyabr 2021, 11:42 Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır 25 Oktyabr 2021, 11:38 Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını ELAN ETDİ 25 Oktyabr 2021, 11:34 Bakının mərkəzində qumbara tapıldı - FOTO 25 Oktyabr 2021, 11:30