Modern.az

Türkiyə husilərə qarşı hansı addımı atacaq? - Şamil Ayrım açıqladı

Türkiyə husilərə qarşı hansı addımı atacaq? - Şamil Ayrım açıqladı

Aktual

Bu gün, 14:24

Yəməndəki qarşıdurma və bölgədə artan gərginlik fonunda müqəddəs məkanların təhlükəsizliyi ilə bağlı narahatlıqlar gündəmdədir. Məkkənin raket və pilotsuz uçuş aparatları ilə hədəfə alınması ilə bağlı müzakirələrdə Türkiyənin mövqeyi də diqqət çəkir. Rəsmi Ankara müqəddəs məkanlara və mülki şəxslərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bəyan edib və diplomatik səylərin artırılmasının vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Şamil Ayrım bildirib ki, müqəddəs məkanların hər hansı silahla hədəfə alınması qəbuledilməzdir:

“Müqəddəs məkanların raketlərlə, pilotsuz uçuş aparatları və ya hər hansı silahla hədəfə alınmasını heç vaxt qəbul etmirik. Məkkənin və bütün müqəddəs dəyərlərimizin təhlükəsizliyi bütün İslam dünyasının ortaq həssaslığıdır. Heç bir siyasi və ya hərbi səbəb müqəddəs məkanlara və mülki şəxslərə qarşı hücumları legitimləşdirə bilməz. Xarici İşlər Nazirliyimizin hücumu pisləyən və Səudiyyə Ərəbistanı ilə həmrəyliyimizi vurğulayan bəyanatı Türkiyənin bu məsələdəki açıq mövqeyini ortaya qoyur”.

Şamil Ayrımın sözlərinə görə, mövcud vəziyyət diplomatik təşəbbüslərin daha da artırılmasını zəruri edir:

"Məncə, mövcud vəziyyət diplomatik təşəbbüslərin artırılmasını zəruri edir. Məkkə Sazişi çərçivəsində əməkdaşlığın gərginliyi azaltmağa yönəlmiş təmaslarla dəstəklənməsi vacibdir. Bizim prioritetimiz hücumların dayandırılması, müqəddəs məkanların və mülki şəxslərin qorunması, Yəməndə davamlı sülhə nail olunması olmalıdır. Regionumuzun yeni qarşıdurmalara deyil, dialoqa və sabitliyə ehtiyacı var.”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dəb olan fahişəlik, artan qiymətlər, maaş problemi - İqbal Ağazadəylə Gündəm Masada