Modern.az

Pakistanla İran arasında müharibə riski var - Husilərə görə

Pakistanla İran arasında müharibə riski var - Husilərə görə

Dünya

Bu gün, 13:19

Pakistan İran rəhbərliyindən husilərin Səudiyyə Ərəbistanına və ölkənin enerji infrastrukturuna hücumlarının qarşısının alınmasına təsir göstərməsini istəyib.

Modern.az Financial Times-a istinadən xəbər verir ki, Pakistan ordusunun baş komandanı Asim Münir İran rəhbərliyinə dəfələrlə müraciət edərək “Ənsar Allah” hərəkatına (husilər) təsir göstərməyi və Səudiyyə Ərəbistanına qarşı hücumların dayandırılmasına nail olmağı xahiş edib. Müraciətlər zamanı Münir İslamabadın Ər-Riyada qarşı götürdüyü öhdəliklərə, o cümlədən “Məkkə Razılaçması”na istinad edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Pakistanla yanaşı, ABŞ və Çinə də husilərin hücumlarını dayandrması üçün İrana müraciət etməsini istəmişdi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dəb olan fahişəlik, artan qiymətlər, maaş problemi - İqbal Ağazadəylə Gündəm Masada