Modern.az

Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul elan edilib

Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul elan edilib

22 Oktyabr 2009, 12:23

Tələbə Qəbulu üzrə Dövlər Komossiyası (TQDK) respublika ali məktəblərinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul elan edib. Bu barədə Modern.az-a

TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Sənəd vermək hüququna ali peşə təhsilini başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər malikdirlər. MBA proqramı üzrə magistraturaya ixtisasından asılı olmayaraq bütün bakalavrlar sənəd verə bilərlər. Azərbaycan Diplomatik Akademiyasının magistraturasına ixtisasından asılı olmayaraq bütün bakalavrlar, eyni zamanda magistrlər və bakalavr pilləsinin sonuncu kursunda təhsil alanlar da sənəd verə bilərlər. TEMPUS proqramı üzrə isə yalnız müvafiq ixtisas istiqamətləri üzrə təhsil almış bakalavrlar sənəd verə bilərlər. Həmin ixtisasların siyahısı Magistr” xüsusi buraxılışının 8-ci sayında çap edilib. TQDK bəyan edib ki, s

ənədlərin qəbulu internet vasitəsi ilə aşağıdakı qaydada aparılacaq:

Bakalavr şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olur və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur, sonra tələb olunan sənədləri TQDK-da yaradılmış SQK-ya təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirir.

Ali məktəblərin magistratura pilləsinə qəbul olmaq istəyən xarici dövlətlərin vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da doldurmalı və təsdiq etdirməlidirlər.

Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün 2009-cu il noyabrın 26-dan dekabrın 4-dək (bazar günü istisna olmaqla) saat 9-dan 17-dək SQK-ya “TQDK-nın ödəmə kartı”nı və tələb olunan sənədləri təqdim etməlidirlər. Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır. 

Qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrın məntiqi təfəkkürü, informatika Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərin riyaziyyat fənnini) və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə qəbul olmaq istədiyi ixtisas üzrə bilik səviyyəsi yoxlanılır. 

Hər iki mərhələdə bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Birinci mərhələdə bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərə riyaziyyat) üzrə 25 test tapşırığı təqdim olunacaq. 

Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir.

Tədrisi ingilis dilində olan ixtisasları seçmək istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini göstərməlidirlər.

Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika (ADA-ya daxil olmaq istəyənlər üçün riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılacaqlar.

Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd verən və qəbul imtahanının birinci mərhələsini keçən namizədlər ikinci mərhələdən azad olunacaqlar və akademiyanın apardığı qəbul proseduralarından keçəcəklər. 

İmtahan suallarının cavablandırılmasına birinci mərhələdə 2 saat 30 dəqiqə, ikinci mərhələdə isə 1 saat 30 dəqiqə vaxt ayrılacaq.

Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal (ballarının cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın ingilis dilindən topladığı bal 20-dən az olmamalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir