11 Oktyabr 2021, 10:54 | Ana Səhifə - Yazılar - Şirvanın Diri Babası
Şirvanın Diri Babası

Vüqar Tofiqli

Etiraf edim ki, məktəb illərindən Azərbaycan tarixinə, ölkə coğrafiyasına xüsusi marağım olub. Azərbaycan tarixinə dair xəritələri və bu fənnlərə aid digər əlavə oxu materiallarını daim alıb mütaliə edərdim. Təəssüf ki, biz oxuduğumuz illərdə Azərbaycan tarixi fəninə çox az saat ayrılmaqla aşağı siniflərdə, Azərbaycan çoğrafiyası isə keçmiş ittifaqın coğrafiyası tərkibində az saat sərf edilməklə tədris edilirdi. Elmə marağı və sevgisi olan istənilən Azərbaycanlıda bu sahədəki informasiya qıtlığı hələ o illərdə hiss olunmaqda idi.


Odur ki, yaşa dolduqca ölkəmizin hansı regionuna səfər etmiş olsam belə, ilk olaraq həmin ərazilərdəki qədim tarixi özündə əks etdirən maddi-mədəni irs nümunələrini ziyarət etməyi özümə borc bilirəm.


***

Hər dəfə Şamaxı yolu ilə hərəkət edəndə keçmiş Mərəzənin, indiki Qobustan şəhərinə çataçatda yolun   sağ tərəfində uzaqda görünən türbə həmişə diqqətimi çəkib. Bu turbənin Diri Baba türbəsi olduğunu bilsəm də,  qədim tarixi özündə əks etdirən bir məkanı indiyədək ziyarət etməmişdim. Bu dəfə isə şəhərə səfərə gedərkən ilk olaraq məhz qədim tarixi ərazini seyr etməyə, əraziylə tanış olmağa qərar verdim.


***

Səhər saat doqquzda artıq türbənin qarşısında idim. Fikirləşirdim ki, havanın soyuq olduğu bir vaxtda buralarda heç kəs olmaz. Ancaq yanılmışammış. Ərazi sanki bir tikinti meydançasını xatırladırdı. Bir tərəfdə ustalar, fəhlələr, digər tərəfdən isə inşaat materialları. Qarşıma çıxan usta və fəhlələrlə görüşüb türbə ilə tanış olmaq üçün içəri keçdim. Qarşılaşdığım insanların arasında olan cavan oğlan irəli çıxaraq türbəni maraqla izlədiyimdən məni müşayiət etməyə və mənə qısa şəkildə olsa da türbənin tarixindən danışmağa başladı. Beləcə, tarixi məqamları dinləyərək, türbənin ikinci mərtəbəsinə, ordan da yuxarı, türbənin üst hissəsinə çıxdıq. Türbənin üstündən bütün şəhər sanki ayağın altında qalır. Və türbənin yuxarı hissəsində artıq cavan oğlanla yaxından tanış olub kimliyi ilə maraqlanıram. Məlum olur ki, Nəsib Babaşov Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin Qobustan rayonu üzrə baş mütəxəssis vəzifəsində çalışır.


Yarğanın qayalıqlar olan hissəsində isə səkkiz kaha var. Bu kahalardan ikisi böyük, altısı isə kiçik ölçülüdür. Bugün ərazidə ciddi şəkildə təmir-bərpa işləri aparılır. Sifarişçisi isə Dövlət Turizm Agentliyidir. Agentlik bu ərazinin tarixi-memarlıq zənginliyini və qədim maddi-mədəni irs nümunəsi olmasını nəzərə alaraq turzim marşrutuna salıb. Bərpa işləri Mədəniyyət nazirliyinin müvafiq qurumunun nəzarətiylə aparılır. Çökək hissədə olan bir qədər dərinlikdəki vaxtı ilə bulaq olmuş hissə də bərpa ediləcək. Bildirildi ki, türbənin özü də ciddi şəkildə tarixi görkəmi saxlanılmaqla yaxın günlərdə bərpasına başlanılacaq. Ən əsası və diqqətiçəkən məqam kahalara gedən cığırlarda etibarlı səkilərin salınması idi. Hiss olunur ki, təmir işlərinə ciddi yanaşılır.


Əlavə edim ki, Diri Baba türbəsi Nazirlər Kabinetinin iki avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur. Türbənin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində onun tikilmə tarixi haqqında belə bir məlumat əks olunmuşdur: "Hicri 805-ci ildə (miladi tarixlə 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib”.


Türbənin hər daşında bir tarix yatır. Şirvan memarlığını özündə daşıyan abidə tarixçilər, arxeoloqlar və alimlər tərəfindən bu günədək dərindən araşdırılmayıb. Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri Baba bir çox səyyahların diqqətini özünə cəlb etsə də, təəssüf doğuran məqam türbədə dəfn olunan müqəddəs şəxsin kimliyi haqqında heç bir məlumatın olmamasıdır. Belə qənaətə gəlmək olar ki, müvafiq orqanlar tərəfindən ərazinin təmir-bərpa işlərini həyata keçirən zaman paralel olaraq tədqiqatın aparılmasını da yəqin ki həyata keçirəcəklər.


Ərazidən xoş təəssüratla ayrılıram. Ümid edirəm ki, bundan sonra ölkəmizin digər maddi-mədəni irs nümunələrinin hər biri əsaslı şəkildə həm tədqiq, həm də təbliğ ediləcəkdir.


***

Qobustan şəhərindəyəm. Şəhərin adıyla bağlı məsələyə isə belə bir məqamda toxunmaya bilmirəm. Əslində bu rayonun və şəhərin Qobustan adlandırılmasının əleyhinəyəm. Niyə? Ona görə ki, Qobustan dedikdə ilk olaraq göz önümüzdə dünyanın ən qədim yaşayış məntəqəsi sayılan Qobustan qayalığı və eyniadlı yaşayış məntəqəsi dayanır. Bu yaşayış məntəqələri arasındaki məsafə isə bəlkə də 100 kilometr olar. Belə olan halda nədən rayon Qobustan adlandırıldı. Ondansa rayonu və şəhəri bu ərazini tanıdan Diri Baba adlandırmaq olmazdımı? Bəlkə də olardı. Birdəki rayonun əvvəlki adını dəyişməyin nə mənası var idi. Razıyam ki, iki yaşayış məntəqəsi Mərəzə və Nərimankənd yaşayış məntəqələri birləşdirilərkən yeni ad barəsində düşünmək lazım idi. Bildiyim qədər tairxi mənbələrdə buranın Mərəzə və Pir Mərəzə adlarının da adı çəkilir. Göründüyü kimi, Pir sözü də məhz Diri Baba türbəsi (ziyarətgahı ) ilə bağlı olub. Hər halda düşünməyə dəyər.


***

Son olaraq qeyd edim ki, Azərbaycanın qədim tarixini öyrənməli, öyrətməli və təbliğ etməliyik. Bunu hər kəs bilməli, dövlətin atdığı addımlara çalışdığı sahədə dəstək verilməlidir. Bilməliyik ki, ilahi varlıq Azərbaycana zəngin yeraltı və yerüstü sərvət verməklə, qədim və zəngin tarixi yaşamağı qismət etsə də, erməni kimi mənfur bir xalqla qonşuluqda yaşamağı qismət edib. Belə olan halda hər zaman daim ayıq-sayıq olmalı, inkişaf etməli, zəngin tariximizi həm gənclərimizə, həm də dünyaya təbliğ etməliyik.

https://www.youtube.com/watch?v=3VgINIIpcsU&t=7s 

MÜƏLLİFİN DİGƏR YAZILARI
İsrail və Mərakeş arasında NORMALLAŞMA nə vəd edir? 2 Dekabr 2021, 23:43 Ceyhun Bayramov islandiyalı həmkarı ilə görüşdü 2 Dekabr 2021, 23:38 Azərbaycan və Yunanıstan XİN başçıları arasında görüş - YENİLƏNİB 2 Dekabr 2021, 23:36 SOCAR işçisi dənizdə itkin düşdü 2 Dekabr 2021, 23:23 Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edildi 2 Dekabr 2021, 23:10 Ceyhun Bayramov avstriyalı həmkarı ilə GÖRÜŞDÜ 2 Dekabr 2021, 22:42 Cənubi Koreyada ABŞ hərbçilərinin sayı dəyişməyəcək 2 Dekabr 2021, 22:28 İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı Nazirliyə müraciət 2 Dekabr 2021, 22:12 Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54 Deputat Avronest PA-nın Büro iclasında 2 Dekabr 2021, 18:48 Çavuşoğlu ilə Lavrov GÖRÜŞÜB 2 Dekabr 2021, 18:42 Manatın məzənnəsi sabit qaldı 2 Dekabr 2021, 18:36 Orduda hərbi cinayətlərin sayı azalıb - Rəsmi 2 Dekabr 2021, 18:30 İlham Əliyev Nobel mükafatçısı Aziz Sancarı qəbul edib 2 Dekabr 2021, 18:24
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?