Modern.az

Bakıda Müslüm Maqomayevin xatirəsi anılıb

Bakıda Müslüm Maqomayevin xatirəsi anılıb

Mədəni̇yyət

22 Oktyabr 2009, 20:10

Oktyabrın 22-də Bakıdakı “Park İnn” otelində görkəmli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin xatirəsini anma mərasimi keçirilib. Mərasimdə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.
Anım mərasiminin keçirildiyi salonda Müslüm Maqomayevin ifasında “Azərbaycan”, “Sənsiz” mahnıları səsləndirilib.
Böyük müğənni həm də gözəl mahnılar müəllifi idi. 20-dən çox mahnı, kinofilmlərə musiqi bəstələmişdi. O, “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilmişdi. Elə bu sənətkarlıq da onun bioqrafiyasına böyük mükafatlar yazmışdı. Bu mükafatların sırasında müstəqil Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenləri də var.
Anım mərasiminin sonunda səslənən “Əlvida Bakı” nəğməsi də Müslüm Maqomayevin doğma torpağa, Vətənə olan sevgisinin tərənnümü idi.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi