Modern.az

ABŞ İranın 18 bankına sanksiya tətbiq edib

ABŞ İranın 18 bankına sanksiya tətbiq edib

Dünya

9 Oktyabr 2020, 23:25

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran iqtisadiyyatına qarşı tədbirlər çərçivəsində oktyabrın 8-də bu ölkənin 18 iri bankına qarşı sanksiya tətbiq edib.

Modern.az xəbər verir ki, bunlardan 16-sı İran maliyyə sektorunda apardıqları əməliyyatlara, 1-i sanksiya altındakı bankın mülkiyyətində və ya nəzarətində olduğuna, 1-i isə İranın hərbi sisteminə bağlılığına görə məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.

ABŞ-ın maliyyə naziri Steven Mnuçun sözügedən bankların qanunsuz dollar hesablaşmalarını dayandırmaq barədə öhdəliyi pozduqlarını bildirib: “Bizim sanksiya proqramımız İran terrorçuluğa dəstəyinə son verənə və nüvə proqramını dayandırana qədər davam edəcək"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)