Modern.az

Tramp razılaşdı: ABŞ, Çin və Rusiya liderlərinin görüşü nəyi dəyişəcək?

Tramp razılaşdı: ABŞ, Çin və Rusiya liderlərinin görüşü nəyi dəyişəcək?

Dünya

Bu gün, 16:15

“Foreign Affairs” nəşri ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında APEC sammiti çərçivəsində üçtərəfli görüşün keçirilməsi perspektivlərinə dair məqalə dərc edib.

Modern.az xəbər verir ki, belə bir görüşün təşkili təşəbbüsü ötən ay Rusiya liderindən gəlib.

“Qarşıdakı sammit böyük dövlətlər arasında əməkdaşlığın yeni dövrünün başlanğıcı olmayacaq. Hətta konkret nəticələr də verməyə bilər”, – deyə nəşr görüşün perspektivlərini qiymətləndirib.

Bununla belə, məqalədə vurğulanır ki, belə bir dialoqun keçirilməsi Koreya yarımadası, İran və Ukrayna böhranı da daxil olmaqla, dünyanın əsas gərginlik nöqtələrində vəziyyətin yumşaldılması üçün zəmin yarada bilər.

Nəşrin müəllifinin fikrincə, Tramp Si Cinpin və Putinlə eyni masa arxasında əyləşməklə uzun müddətdir ehtiyac duyulan üçtərəfli dialoqun əsasını qoya bilər.

“Tramp özündən sonra gələcək prezidentlərin də davam etdirə biləcəyi üçtərəfli dialoqa start verdiyinə görə təqdirə layiqdir”, – deyə məqalədə qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)