Noyabrın 15-i saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, noyabrın 15-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.
Belə ki, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir.