Modern.az

Fransada iki təyyarə toqquşdu: 5 ölü

Fransada iki təyyarə toqquşdu: 5 ölü

Dünya

11 Oktyabr 2020, 08:06

Fransanın Indre-et-Luara bölgəsinin Loçes şəhərində havada iki təyyarə toqquşub.

 

Modern.az-ın İHA-ya istinadən verdiyi xəbərə görə, təyyarələrdən biri kiçikmühərrikli, digəri isə turizm üçün nəzərdə tutulmuş kiçikhəcmli təyyarə olub.

 

Qəza zamanı təyyarələrdə olan 5 nəfər həlak olub.

 

Hər iki təyyarə ərazidəki evlərdən birinin bağçasına çırpılıb.

 

Loçes Bələdiyyə Başçısı Marc Angenault təyyarələrin düşdüyü ərazidə elə bir ciddi ziyan olmadığını bildirib:

 

“Təxminən 40 xilasedici və aviasiya mütəxəssisi qəza bölgəsində müvafiq tədbirlər həyata keçirir. Qəzanın başvermə səbəbi araşdırılır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)