Modern.az

Ərdoğan Pakistan prezidentini Türkiyəyə dəvət etdi

Ərdoğan Pakistan prezidentini Türkiyəyə dəvət etdi

Dünya

11 Avqust 2021, 19:05

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Görüş zamanı ölkələr arasında münasibətlər, əməkdaşlıq perspektivləri müzakirə olunub. 

 

H.Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın pakistanlı həmkarını Türkiyəyə dəvət etməsi mesajını diqqətə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir