ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif hazırlamasını istəyib.
Modern.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqton sənəddə Rusiyanın təhlükəsizliklə bağlı tələbləri ilə yanaşı, Moskvanın Avropa ilə gərginliyi azaltmaq üçün atacağı qarşılıqlı addımların da əksini tapmasını təklif edib.
Mümkün şərtlər arasında NATO-nun genişlənməsinə və alyansın Şərqi Avropadakı hərbi mövcudluğuna məhdudiyyətlər də yer alır.
Təşəbbüsün ABŞ nümayəndələrinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə müzakirəsi planlaşdırılır. Vaşinqton həmçinin Ukrayna üzrə danışıqların növbəti mərhələsində Avropa ölkələrinin iştirakına nail olmaq istəyir.