Modern.az

Rus polkovnikin avtomobili partladıldı 

Rus polkovnikin avtomobili partladıldı 

Dünya

Bu gün, 09:30

Rusiyanın Sankt-Peterburq şəhərində içərisində polkovnikin olduğu avtomobildə partlayış baş verib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə noyabrın 12-də səhər saatlarında Kolpino şosesində qeydə alınıb. Partlayış hərbçi avtomobili idarə edərkən baş verib.

Avtomobildə onun ailə üzvlərindən biri də olub. Həmin şəxs partlayışdan sağ çıxsa da, xəsarət alıb.

Hadisənin səbəbləri və polkovnikin vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib.

Sizə yeni x var
Keçid et
Putindən Paşinyana tərs şapalaq - Hüquqları əlindən alındı!