Ermənistan parlamenti TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı qanunvericilik paketini ikinci və sonuncu oxunuşda qəbul edib.
Modern.az xəbər verir ki, qanun layihəsi beynəlxalq müqavilələr əsasında yaradılan və dövlətin payının ən azı 25 faiz təşkil etdiyi şirkətlərin fəaliyyətinin daimi qanunvericilik tənzimlənməsini nəzərdə tutur.
Ermənistan hökumətinin qiymətləndirməsinə görə, təklif olunan dəyişikliklər TRIPP layihəsinin həyata keçirilməsi üçün zəruri hüquqi bazanın yaradılmasına imkan verəcək.
Səsvermə zamanı 63 deputat sənədin lehinə, 32 deputat isə əleyhinə səs verib.
Xatırladaq ki, noyabrın 10-da Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Sənəd “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi çərçivəsində əməkdaşlığı nəzərdə tutur.
Ermənistan parlamenti TRIPP sazişini bundan əvvəl – oktyabrın 28-də ratifikasiya edib.