Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağ ətrafındakı vəziyyətlə bağlı mövqeyində nizamnamə sənədlərinə ciddi şəkildə uyğun hərəkət edib. Ermənistanın bu mövqeyə görə təşkilatdan əsassız narazılıq etməsi məsuliyyəti başqasının üzərinə qoymaq cəhdidir.
Modern.az xəbər verir ki, bunu Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Vyetnama səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
“Ermənistanla Azərbaycan arasında baş vermiş müharibə zamanı KTMT-dən əsassız inciklik, mənim fikrimcə, Qarabağa görə məsuliyyəti Rusiyanın və KTMT-nin üzərinə atmaq cəhdidir. KTMT həmin şəraitdə nizamnamə sənədlərinə ciddi şəkildə uyğun hərəkət edib”, – deyə Matviyenko vurğulayıb.