Modern.az

BMT: Əfqanıstanda vəziyyət nəzarətdən çıxır

BMT: Əfqanıstanda vəziyyət nəzarətdən çıxır

Dünya

14 Avqust 2021, 08:33

BMT-nin Baş katibi Antoniu Quterreş Əfqanıstandakı vəziyyətlə bağlı bəyanat yayıb.

 

Modern.az-ın məlumatına görə, Baş katib bildirib ki, Əfqanıstanda vəziyyət nəzarətdən çıxır.

 

"Təkcə ötən ay hərbi əməliyyatlar nəticəsində mindən çox insan ölüb və ya yaralanıb, 241 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Ölkədə xəstəxanalar dolub, yemək və dərman çatışmazlığı mövcuddur, körpülər, yollar və məktəblər dağıdılıb", - Quterreş qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!