Modern.az

İrana qarşı yeni sanksiyalar tətbiq olundu

İrana qarşı yeni sanksiyalar tətbiq olundu

Dünya

14 Avqust 2021, 13:01

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, neft qaçaqmalçılığında ittiham olunan bir hüquqi şəxs, 4 şirkət və bir neft daşıyan tankerə qarşı sanksiyalar tətbiq olunub.

 

Məlumata görə, adı sanksiyalar siyahısına düşən hüquqi şəxs Oman vətəndaşı Mahmud Rəşid əl-Hasib və onun rəhbərlik etdiyi şirkətlərdir.

 

İş adamının şirkətləri İran İslam İnqilabının Keşikçiləri Korpusu ilə əməkdaşlıqda ittiham olunur. Bildirilib ki, həmin şirkətlər İran neftini qaçaqmalçılıq yolu ilə dünya bazarına çıxarır.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir