Modern.az

Zəvvarlara hücum edildi - 22 nəfər öldürüldü  

Zəvvarlara hücum edildi - 22 nəfər öldürüldü  

Dünya

14 Avqust 2021, 20:19

Nigeriyanın mərkəzində yerləşən Plato ştatında ziyarətdən qayıdan müsəlman zəvvarlara hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi yerli mənbələrə istinadən yazıb.

 

Hücum zamanı ən azı 22 nəfər öldürülüb.

 

Avtobus karvanına edilən hücumda 14 nəfərin yaralandığı bildirilir.

 

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz