Modern.az

Rusiya Özbəkistanı da hədəfə ALIB

Rusiya Özbəkistanı da hədəfə ALIB

Dünya

10 Yanvar 2022, 11:33

“Rusiyanın hədəfində Özbəkistandır. Bunu Daşkəndin son günlər atdığı addımlar da göstərir. Ölkədə ordunun təbliği gücləndirilib, Özbəkistana giriş qaydaları dəyişdirilib, məktəblərdə qış tətili yanvarın 25-dək uzadılıb, əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün Rusiyaya qaz ixracı dayandırılıb”.



Modern.az xəbər verir ki, bunu “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu Rusiyanın Qazaxıstan və Mərkəzi Asiyaya yönəlik siyasətini şərh edərkən deyib.



Onun sözlərinə görə, bu günlərdə Özbəkistan prezidenti Ş.Mirziyoyevin Türkiyə prezidenti Ərdoğanla telefon danışıqları olub:

 

“Özbəkistan bir çox mənada, ilk növbədə də goesiyasi baxımdan bölgənin açar dövlətidir və bunu Rusiyada da yaxşı anlayırlar.

Rusiyanın Mərkəzi Asiya istiqamətində hücumu böyük geosiyasi layihənin bir hissəsidir. Hədəfdə Şərq-Qərb iqtisadi və ticari əlaqələrini təmin edən bütün coğrafiyanın nəzarət altına alınmasıdır. O cümlədən də Əfqanıstanın”.

Siyasi şərhçi bildirib ki, Rusiya lideri V.Putininin hədəfi Qazaxıstandan Özbəkistana, ordan da Əfqanıstana hərbi müdaxilədir:

“Bir sözlə, Rusiya SSRİ-ni batıran bataqlığa doğru irəliləyir. Bir o fərqlə ki, bu dəfə onun yolunun üzərində sovet dövründəkindən daha çox "tələlər" və "çalalar" var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)