Modern.az

ABŞ Şimali Koreyanı kriptovalyuta oğurluğunda ittiham edir 

ABŞ Şimali Koreyanı kriptovalyuta oğurluğunda ittiham edir 

Dünya

Bu gün, 13:54

Dünyanın ən böyük kriptovalyuta platformalarından biri olan Binance-dən 6,3 milyard dollar dəyərində kriptovalyuta oğurlanıb.

Modern.az xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) hücumun Şimali Koreya ilə əlaqəli, “TraderTraitor” adı ilə tanınan haker qrupu tərəfindən həyata keçirildiyini açıqlayıb.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, oktyabrın 29-da baş verən hücum nəticəsində oğurlanan vəsaitlərin izinin müəyyənləşdirilməsi və geri qaytarılması istiqamətində tədbirlər davam etdirilir. ABŞ dövlət qurumları və özəl sektorun birgə fəaliyyəti nəticəsində indiyədək 2,7 milyard dollardan çox vəsaitin hərəkəti dondurulub. Bundan əlavə, məhkəmə qərarı ilə 1,2 milyard dollardan artıq kriptovalyutanın müsadirəsinə və ya bloklanmasına icazə verilib.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi eyni zamanda Şimali Koreya ilə əlaqələndirilən “FaceStealer” adlı ayrıca kiberhücum sxeminin də qarşısının alındığını açıqlayıb. FBI-nin məlumatına görə, bu sxem son 18 ay ərzində 400 milyon dollardan çox kriptovalyutanın oğurlanmasına səbəb olub.

ABŞ rəsmiləri Şimali Koreyanın kriptovalyuta oğurluqlarından əldə edilən vəsaitlərdən ölkənin qanunsuz silah proqramlarını maliyyələşdirmək üçün istifadə etdiyini bildirirlər.

Gülbadam Cümşüdova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan həyasızlıq - Ağılasığmaz açıqlama - Ukraynanı nə gözləyir?