Modern.az

Yaponiyada güclü zəlzələ: Ölən və yaralılar var

Yaponiyada güclü zəlzələ: Ölən və yaralılar var

Dünya

6 May 2023, 08:33

Yaponiyanın İsikava prefekturasında ötən gün baş verən zəlzələ nəticəsində 27 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

 

Məlumata əsasən, xəsarət alanların hamısı yeraltı təkanların ən çox hiss olunduğu və bir neçə yaşayış binasının dağılmasına səbəb olduğu Sudzu qəsəbəsinin sakinləridir. Onların əksəriyyəti orta dərəcəli bədən xəsarətləri alıb, lakin iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Eyni zamanda, zəlzələ nəticəsində 1 nəfərin öldüyü bildirilir.

 

Qeyd edək ki, ötən gün Yaponiyanın Honsü adası sahillərində 6,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İsikava prefekturasının ərazisində, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!