ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, tənzimləyici qurum dərəcəni 3,75 %-4 % diapazonunda saxlayıb.
Pul-kredit siyasətinin dəyişməz saxlanmasının lehinə 10, əleyhinə isə iki nəfər səs verib.
"Komitə bank sistemində kifayət qədər ehtiyatların saxlanılması siyasətini yürütməyə davam edir. İqtisadi fəallıq sürətlə artır. Qismən geosiyasi hadisələrin səbəb olduğu davamlı qeyri-müəyyənliyə baxmayaraq, daxili xərclər sabit olaraq qalır. Məhsuldarlığın və kapital qoyuluşlarının əhəmiyyətli dərəcədə artımı müşahidə olunur. İş yerlərinin sayı işçi qüvvəsinin sayına mütənasib olaraq artır, işsizlik səviyyəsi isə, demək olar, dəyişməyib", - qurumun bəyanatında bildirilib.
FES-nin məlumatına görə, ABŞ-də inflyasiya yüksək olaraq qalır: "Əlavə məlumatlar daxil olduqca komitə inflyasiyanın vaxtında 2 %-lik hədəf səviyyəsinə qaytarılması üçün zəruri olan siyasəti müəyyən edəcək. Komitə qiymətlərin sabitliyini təmin edəcək".
Xatırladaq ki, bir müddət əvvəl uçot dərəcəsi son 3 ildə ilk dəfə olaraq artırılmışdı.