Modern.az

III Çarlz rəsmən Britaniya kralı oldu

III Çarlz rəsmən Britaniya kralı oldu

Dünya

6 May 2023, 17:20

Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi keçirilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bukingem sarayından Vestminster abbatlığına gedən marşrut boyunca müşahidə platformaları açılıb.

 

İki saatlıq tacqoyma mərasimindən sonra III Çarlz rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub.
 

Qeyd edək ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olub. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.

 

Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır