Modern.az

Türkiyədə avtobus qəzaya uğradı - Yaralılar var

Türkiyədə avtobus qəzaya uğradı - Yaralılar var

Dünya

11 İyun 2023, 17:32

Türkiyənin Antalya şəhərinin Korkuteli rayonunda sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə yuvarlanıb, çoxlu sayda yaralı var.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, avtobusda olan 25 nəfərdən 10-u xəsarət alıb.

 

Bildirilib ki, hadisə yerində xilasedicilər və həkimlər işləyir.

 

Qeyd edək ki, avtobusun sürücüsü polis bölməsinə aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada