Modern.az

İran Trampa qarşı PUA-larla sui-qəsd hazırlayırmış

İran Trampa qarşı PUA-larla sui-qəsd hazırlayırmış

Dünya

Bu gün, 13:13

İsrailin xarici kəşfiyyat xidməti “Mossad” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (CIA) Prezident Donald Trampa qarşı mümkün sui-qəsd hazırlığı barədə rəsmi şəkildə məlumatlandırıb.

Modern.az xəbər verir ki, bu informasiya “Israel Hayom” qəzetində yer alıb.

Nəşrin məlumatına görə, İran tərəfindən ABŞ prezidentinə və administrasiyasına qarşı hücum hazırlığı başqa bir Qərb kəşfiyyat xidməti tərəfindən də təsdiqlənib. Ehtimal olunan hücum vasitələri arasında partlayıcılarla təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) göstərilir.

Bildirilir ki, “Mossad”ın rəhbəri Roman Qofman hazırda ABŞ-dadır və CIA direktoru Con Retkliff ilə görüş keçirib.

Məlumata əsasən, bir sıra yüksək vəzifəli ABŞ rəsmiləri artıq mühafizə olunan obyektlərə köçürülüb. Onların arasında maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset də var.

Bundan əlavə, Donald Trampın ictimai çıxışlarının qeyri-müəyyən müddətə məhdudlaşdırıldığı iddia olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)