Modern.az

"Kosmik gəmi" satılır: qeyri-adi evin qiyməti nə qədərdir?

"Kosmik gəmi" satılır: qeyri-adi evin qiyməti nə qədərdir?

Dünya

Bu gün, 10:31

Şotlandiyanın ucqar Morvern yarımadasında yerləşən, kosmik gəmini xatırladan qeyri-adi AirShip 002 evi satışa çıxarılıb. Əmlakın qiyməti 650 min funt sterlinq müəyyən edilib.

Modern.az xəbər verir ki, memar Roderik Ceyms və dizayner Amanda Markhem tərəfindən yaradılan futuristik ev alüminium konstruksiyadan hazırlanıb. Metal dayaqlar üzərində quraşdırılan tikilidə qeyri-adi formalı panoramik pəncərələr, iki nəfərlik yataq yeri, mini-mətbəx, duş otağı və odun sobası var.

Satışa təkcə AirShip 002 deyil, həmçinin "The PilotHouse" və "The Captain’s Cabin" adlı iki qeyri-adi turistik ev, eləcə də "The Old Chapel" adlı ənənəvi yaşayış binası daxildir. Bütün kompleks 4 akrdan böyük ərazidə yerləşir və dənizə, Mull adasına və ətraf dağlara mənzərəsi ilə seçilir.

Məlumata görə, kompleks son dörd ildə turizm fəaliyyətindən ildə təxminən 100 min funt sterlinq gəlir əldə edib.

Qeyd edək ki, AirShip 002 Airbnb platformasında 5 üzərindən 4,94 ulduz reytinqinə malikdir.

Dünyanın müxtəlif yerlərində də qeyri-adi turizm məkanları diqqət çəkir. Qrenlandiyada aysberqlər arasında üzən evdə gecələmək, Böyük Britaniyada poninin qonşuluğunda yerləşən mini-hoteldə qalmaq, Oksfordda isə keçmiş ictimai tualetdən yaradılmış butik-hoteldə dincəlmək mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)