Modern.az

Lotereyada 1 milyard dollar uddu

Lotereyada 1 milyard dollar uddu

Dünya

20 İyul 2023, 09:54

ABŞ-da “Powerball” lotereyasının iştirakçısı 1,08 milyard dollarlıq cekpot qazanıb.

 

Modern.az xəbər verir ki, bu barədə lotereyanın rəsmi saytında məlumat yer alıb.

 

Bildirilib ki, qalib mükafatın bütün dəyərini illik 30 ödənişə bölə və ya 516,8 milyon dollar məbləğində birdəfəlik ödəniş ala bilər.

 

Qalibin adı açıqlanmayıb. Məlumata görə, uduşlu bilet Kaliforniyada alınıb.

 

Bu, “Powerball” lotereyasının mövcud olduğu dövrdə üçüncü ən böyük mükafatdır. Rekord uduş 2,04 milyard dollar olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu