Modern.az

Navalnının 20 il həbsi istənildi

Navalnının 20 il həbsi istənildi

Dünya

20 İyul 2023, 18:28

Moskva Şəhər Məhkəməsində rusiyalı müxalifətçi Aleksey Navalnının işi üzrə iclas keçirilib.

 

Modern.az "Kommersant" qəzetinə istinadən xəbər verir ki, dövlət ittihamçısı ekstremizm işi üzrə müxalifətçiyə xüsusi rejimli koloniyada 20 il cəza istəyib. 

 

Hazırda həbsdə olan siyasətçinin işi üzrə qərar avqustun 4-də elan olunacaq.

 

Qeyd edək ki, Navalnı bundan əvvəl 9 il həbs cəzasına məhkum edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu