Modern.az

ABŞ, Koreya və Yaponiya üçtərəfli təlimlər keçirdi

ABŞ, Koreya və Yaponiya üçtərəfli təlimlər keçirdi

Dünya

22 Oktyabr 2023, 18:25

ABŞ, Koreya Respublikası və Yaponiya hərbi hava qüvvələri ilk dəfə Koreya yarımadası yaxınlığında üçtərəfli təlimlər keçirib.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya hərbçilərinə istinadən xəbər yayıb.

 

Təlimlər Koreya Respublikası və Yaponiyanın hava hücumundan müdafiə identifikasiya zonalarının kəsişdiyi ərazidə baş tutub.

 

Manevrlərdə Yaponiya və Cənubi Koreya qırıcıları, eləcə də nüvə silahı daşıya bilən Amerikanın B-52H bombardmançı təyyarəsi iştirak edib.

 

“Yonhap”ın məlumatına əsasən, ABŞ bundan əvvəl Koreya yarımadası ətrafında Yaponiya və Cənubi Koreya ilə ayrı-ayrılıqda təlimlər keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!