Modern.az

Qaçqınlar üçün düşərgə Qəzzanın özündə qurulsun - Misirdən TƏKLİF

Qaçqınlar üçün düşərgə Qəzzanın özündə qurulsun - Misirdən TƏKLİF

Dünya

23 Oktyabr 2023, 11:50

Misir Qəzza zolağından olan qaçqınlar üçün Fələstinin Rəfah yaşayış məntəqəsində düşərgələrin yaradılmasını təklif edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Araby Al Jadeed” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, düşərgələr Misirlə sərhəddən 3 kilometr aralıda yerləşəcək və onların fəaliyyətinə Qahirədən nəzarət ediləcək. Misir hakimiyyəti Qəzza zolağının şimalından qaçaraq Fələstin ərazisində düşərgələrə gələn məcburi köçkünlərə təcili yardım göstərməyi planlaşdırır. 

 

Çünki onlar Qəzzəli qaçqınların Sinay yarımadasına göndərilməsinin qəti əleyhinədirlər.

 

Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!