Modern.az

Türkiyə ilə Fələstin-İsrail nizamlanması üçün əlaqədəyik - Lavrovun müavini

Türkiyə ilə Fələstin-İsrail nizamlanması üçün əlaqədəyik - Lavrovun müavini

Dünya

23 Oktyabr 2023, 12:42

"Əvvəlki təcrübə göstərir ki, sanksiyalar işləmir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Aleksandr Qruşko deyib.

 

"Rusiya Federasiyası yeni sanksiyalara hazırdır və onları zərərsizləşdirmək və cavab tədbirləri tətbiq etmək üçün addımlar atacaq. Qərbin "Balticconnector" qaz kəməri insidentinin təhqiqatındakı çevikliyi “Şimal axını” partlayışlarına daha yaxşı tətbiq oluna bilərdi. Rusiya və Türkiyə Fələstin-İsrail nizamlanması üzrə diplomatik kanallar vasitəsilə əlaqə saxlayır", - o söyləyib.

 

"NATO Rusiya gəmilərinin Baltik dənizindən keçməsinə mane olmaqla beynəlxalq hüququ pozacaq, Brüssel bunu başa düşməlidir. NATO çoxdan Baltik dənizini alyansın daxili gölünə çevirmək arzusunda idi, bu heç vaxt baş verməyəcək", - Lavrovun müavini iddia edib.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!