Modern.az

İsrail Fələstini dəstəkləyən eko-fəalın fikirlərini dərslikdən çıxarır

İsrail Fələstini dəstəkləyən eko-fəalın fikirlərini dərslikdən çıxarır

Dünya

23 Oktyabr 2023, 14:12

İsrail isveçli ətraf mühit fəalı Qreta Tunberqə aid bütün istinadları məktəb proqramından çıxaracaq.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Təhsil Nazirliyi qərar verib.

 

"Bu mövqe onu əxlaqi və tərbiyəvi dəyərlər baxımından nümunə olmaq hüququndan məhrum edir və o, artıq israilli tələbələr üçün nümunə və maarifçi rolunu oynaya bilməz", - nazirlikdən bildirilib.

 

Qeyd edək ki, eko-aktivist bütün fələstinlilər üçün ədalətə və Qəzza zolağında atəşkəsə nail olmaq zərurəti barədə çağırışlar etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!