"Almaniya Qəzza zolağında humanitar fasilənin əleyhinədir".
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Annalena Berbok deyib.
Nazir Aİ-nin humanitar atəşkəs çağırışlarına qarşı çıxıb.
"İsrail və Fələstinlilər üçün sülh və təhlükəsizlik yalnız terrorizm məğlub olduqda gələcək", - deyə o fikrini əsaslandırmağa çalışıb.
Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.