Ukraynanın baş naziri Denis Şmıqal təkcə onun ölkəsində deyil, bütün dünyada sursat çatışmazlığının olduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə baş nazir "Financial Times"a bildirib.
O hesab edir ki, problemi həll etmək üçün onların Ukraynada istehsalını təşkil etmək lazımdır:
“Bizim təkcə Ukraynada deyil, bütün dünyada sursat çatışmazlığımız var. Biz başa düşürük ki, biz onları burada, Ukraynada istehsal etməliyik, çünki bütün dünyada mərmilər tükənib, ehtiyatlar tükənib. Bütün anbarlar boşdur”.
Qeyd edək ki, "Axios" portalı ABŞ-ın İsrailə Ukrayna üçün nəzərdə tutulan 10 minlərlə 155 millimetrlik artilleriya mərmisi verəcəyini bildirib.