Modern.az

Əminə Cabbar Rusiyanın həbs etdiyi krımtatarlardan YAZDI

Əminə Cabbar Rusiyanın həbs etdiyi krımtatarlardan YAZDI

Dünya

25 Oktyabr 2023, 15:24

Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbar Rusiya tərəfindən həbs edilmiş krımtatar əsilli siyasi məhbusların Krımdan digər regionlara köçürülməsinə etiraz edib.

 

Modern.az xəbər verir ki, xanım Cabbar bu barədə X-də paylaşım edib.

 

"Biz Krımdan olan ukraynalı siyasi məhbuslar Nəriman Cəlal və Əziz Əhmədovun Krasnoyarska, Həsən Əhmədovun isə Vladimir regionuna köçürülməsini qınayırıq. Dünya ictimaiyyətini, insan haqları müdafiəçilərini bizə qoşularaq Rusiya aqressorunun utancverici cinayətlərini pisləməyə çağırırıq", - deyə nazir müavini yazıb.

 

 

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!