Modern.az

Avropa liderlərindən Bakı və İrəvana ÇAĞIRIŞ: İlin sonunadək...

Avropa liderlərindən Bakı və İrəvana ÇAĞIRIŞ: İlin sonunadək...

Dünya

27 Oktyabr 2023, 17:32

Avropa İttifaqı (Aİ) liderlərinin Brüsseldə keçirilən sammitində Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə sammitin yekun bəyanatında bildirilib.

 

Liderlər Aİ-nin vasitəçilik rolunu davam etdirmək niyyətində olduqlarını qeyd ediblər. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu məsələdə Avropa liderlərinin "güclü birliyini"nin olduğunu vurğulayıb.

 

Sənəddə deyilir ki, Aİ Brüssel normallaşma prosesini dəstəkləyir və tərəfləri xoş niyyətlə hərəkət etməyə və prosesi bu ilin sonuna qədər yekunlaşdırmağa çağırır.

 

Bəyanatda Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!