Modern.az

Məqsədimiz Bakı və İrəvan arasında sülhə nail olmaqdır - Gürcü spiker

Məqsədimiz Bakı və İrəvan arasında sülhə nail olmaqdır - Gürcü spiker

Dünya

27 Oktyabr 2023, 17:44

"Gürcüstanın əsas məqsədi və vəzifəsi Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasıdır".

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

 

"Sülh sazişinin imzalanması ilə bağlı müsbət irəliləyişlərin olmasına şadam. Ümid edirəm ki, bu məsələ mümkün qədər tez həyata keçiriləcək, çünki regionumuzu sülh və təhlükəsizlik məkanına çevirmək ümumi maraqlarımıza uyğundur", - o deyib.

 

Spikerin sözlərinə görə, Gürcüstan həmişə dost Ermənistan və Azərbaycana hər iki ölkəyə qarşı neytrallığı qoruyaraq, substantiv müzakirələr üçün görüşmək imkanı yaradan ölkə olub.

 

Qeyd edək ki, ötən gün Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan baş nazirlərinin üçtərəfli görüşü baş tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə