Britaniyanın sabiq Baş naziri Boris Conson "GB News" telekanalında aparıcı olacaq.
Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bu ilin əvvəlində deputat vəzifəsini tərk edən Conson xəbər kanalında aparıcı, proqramçı və şərhçi kimi çalışacaq.
O, gələn il Böyük Britaniya və ABŞ seçkilərinin işıqlandırılmasında "əsas rol oynayacaq".
"Daily Mail"də də köşə yazıları yazan Conson yeni ildə işə başlayacaq.