Modern.az

Ermənistandakı Rusiya bazası nə vaxtadək qalacaq...

Ermənistandakı Rusiya bazası nə vaxtadək qalacaq...

Dünya

27 Oktyabr 2023, 21:20

Ermənistan 2044-cü ilə qədər Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının mövcudluğuna birtərəfli qaydada son qoya bilməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 1995-ci ildə imzalanmış Ermənistan ərazisində Rusiya hərbi bazası haqqında sazişə istinad edərək yazır.

 

Müvafiq sənədin 27-ci maddəsində deyilir: “Tərəflərdən biri bu sazişin fəaliyyətinə xitam vermək niyyətini bəyan edərsə, Rusiya hərbi bazasının ləğvi ilə bağlı məsələlər qarışıq komissiya tərəfindən həll edilir. Rusiya hərbi bazasının ləğvi tərəflərin razılaşdırdığı müddətdə başa çatdırılmalıdır”.

 

Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedev və Serj Sarkisyanın 2010-cu ildə imzaladığı Rusiya bazası haqqında sazişin 5 saylı protokoluna əsasən, bazanın Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılıb.

 

Bu məlumatı Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvitkin də təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə