Modern.az

Bayden Çin lideri ilə bu tarixdə görüşə bilər 

Bayden Çin lideri ilə bu tarixdə görüşə bilər 

Dünya

28 Oktyabr 2023, 08:29

ABŞ və Çin ölkə liderləri Co Bayden və Si Cinpinq arasında görüş təşkil etmək barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

 

"Reuters" agentliyinin məlumatına görə, ABŞ administrasiyasının rəsmiləri görüşün noyabrda San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub-tutmayacağına dair dəqiq məlumat verməyib.

 

Qeyd edək ki, Çinin xarici işlər naziri Vanq Yi ABŞ-a səfər edib. O, prezident Co Bayden və dövlət katibi Antoni Blinkenlə görüşüb. Birinci ilə danışıqlar təxminən bir saat, ikinci ilə isə altı saat davam edib. Çinli nazir üç saat prezidentin müşaviri Ceyk Sallivanla danışıb. Görüşlər zamanı digər məsələlərlə yanaşı, Rusiya-Ukrayna münaqişəsi, KXDR-in hərəkətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə