Modern.az

Müharibənin dayanması üçün HƏMAS təslim olmalıdır - Corc Dik

Müharibənin dayanması üçün HƏMAS təslim olmalıdır - Corc Dik

Dünya

28 Oktyabr 2023, 09:34

"Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir".

 

Modern.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "X" hesabında yazıb.

 

O qeyd edib ki, HƏMAS bunu etməsə, İsrail tam qələbə qazanana kimi geri çəkilməyəcək.

 

Diplomat HƏMAS-ın iki məqsədi olduğunu vurğulayıb: "Birinci məqsəd bütün yəhudiləri və israilliləri öldürmək, ikinci məqsəd isə nəyin bahasına olursa-olsun, sağ qalmaqdan ibarətdir".

 

"İsrailin məqsədi heç bir israilli uşağın terrorçunun onu öldürməsindən narahat olmayacağına əmin olmaqdır", - səfir bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə