Modern.az

Qəzzaya hər gün 40 maşın yardım lazımdır

Qəzzaya hər gün 40 maşın yardım lazımdır

Dünya

28 Oktyabr 2023, 14:39

Təxminən 1,1 milyon insana ərzaq yardımı çatdırılması üçün qarşıdakı iki ay ərzində Qəzzaya hər gün 40 yük avtomobili daxil olmalıdır.

 

Modern.az xəbər verir ki, bu barədə mərkəzi qərargahı İtaliyanın paytaxtı Romada yerləşən BMT-nin Ümumdünya Ərzaq Proqramı bildirib.

 

Qeyd olunur ki, Qəzza əhalisinin artan ehtiyaclarını qarşılamaq üçün davamlı yardımlara ehtiyac var. Hazırda Qəzzada yaşanan yanacaq qıtlığı ərzaq yardımlarının dayanmasına səbəb ola bilər. Yanacaq tədarükü çörək istehsalı, istiliklə təminat və yardımların nəqliyyat vasitələri ilə müvafiq yerlərə daşınması üçün mühüm əhəmiyyət kəsb edir.

 

Minlərlə ailənin əziyyət çəkməməsi üçün humanitar əməliyyatların əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə