Modern.az

HƏMAS komandirinin olduğu ərazi bombalandı

HƏMAS komandirinin olduğu ərazi bombalandı

Dünya

28 Oktyabr 2023, 16:40

İsrail ordusu HƏMAS donanmasının komandirinin olduğu əraziyə zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

 

Məlumata görə, HƏMAS hərəkatının dəniz qüvvələrinin komandiri Ratib Əbu Tzahibanın olduğu yer bombalanıb.

 

Onun sağ olub-olmaması barədə dəqiq məlumat yoxdur.

 

Qeyd edək ki, Ratib Əbu Tzahiban oktyabrın 24-də HƏMAS yaraqlılarının dəniz sərhədindən İsrailə sızmasına rəhbərlik edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə