Modern.az

Gürcüstanın Xalq artisti vəfat etdi

Gürcüstanın Xalq artisti vəfat etdi

Dünya

28 Oktyabr 2023, 23:43

Gürcü teatr və kino aktyoru Tengiz Arçvadze vəfat edib.

 

Modern.az xəbər verir ki, o, 92 yaşında dünyasını dəyişib.

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Arçvadzenin ailəsinə və yaxınlarına başsağlığı verib.

 

Qeyd edək ki, Gürcüstanın Xalq artisti, Tbilisinin fəxri vətəndaşı kimi titullara malik Tengiz Arçvadze 1954-cü ildə teatrın aktyoru olub, həmçinin karyerası boyunca 46 filmə çəkilib.

 

Tengiz Arçvadze “Azərbaycanfilm”in istehsalı olan “İyirmialtılar” (1966) filminin baş rollarından biri olan Caparidze personajını da canlandırıb.

Sizə yeni x var
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə