Meksikanın Akapulko şəhərində “Otis” qasırğası nəticəsində 39 nəfər ölüb, 10 nəfər itkin düşüb,
Modern.az xəbər verir ki, bu barədə AFP və "Reuters" agentlikləri məlumat yayıb.
5-ci kateqoriyaya aid olan Otis qasırğası oktyabrın 25-də Meksikaya çatıb. Akapulkoda küçələri su basıb, bir neçə evin və otelin damları uçub.
Agentliyin məlumatına görə, Akapulkoda küləyin sürəti 266 km/saata çatıb, qasırğa ağacları kökündən qoparıb. Şəhərin xəstəxanalarını su basıb, yüzlərlə xəstə təhlükəsiz ərazilərə köçürülməli olub.