Modern.az

Şaxta qəzasında ölənlərin sayı 45-ə çatdı - YENİLƏNİB-2

Şaxta qəzasında ölənlərin sayı 45-ə çatdı - YENİLƏNİB-2

Dünya

29 Oktyabr 2023, 18:15

Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 45-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Xabar-24” telekanalı məlumat yayıb.

 

Qeyd edilib ki, 1 şaxtaçının axtarışları davam edir.

 

Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 43 nəfərin öldüyü bildirilmişdi.

 

Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

 

***

12:45

 

Qazaxıstanın Qarağandı vilayətində Kostenko daş kömür şaxtasında baş vermiş qəza nəticəsində ölən mədənçilərin sayı 38-ə çatıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.

Bildirilib ki, 8 mədənçinin axtarışları davam edir.

“Axtarış işlərinin aparılması dağılmış şaxta texnikasının, eləcə də bəzi yerlərdə dağıntıların olması ilə çətinləşir”, – nazirlik açıqlayıb.

 

***

09:05

 

Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

“Hazırda 35 nəfərin meyiti tapılıb, onlardan 29-u səthə çıxarılıb, 11 şaxtaçının aktiv axtarışları davam edir”, - məlumatda deyilir.

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faciə nəticəsində həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib. Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov isə Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə