Modern.az

Qəzzada 8 mindən çox insan ölüb - Fələstin

Qəzzada 8 mindən çox insan ölüb - Fələstin

Dünya

29 Oktyabr 2023, 09:24

İsrailin atəşə tutması və bombalaması nəticəsində Qəzza zolağında ölənlərin sayı 8 mini keçib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

"Son 24 saat ərzində qurbanların sayı 300-dən çox artıb", - departamentin “Əl Hadat” telekanalına istinadən verdiyi açıqlamada deyilir.

 

Daha əvvəl 7,7 min nəfərin öldüyü bildirilirdi.

 

Qeyd edək ki, oktyabrın 7-dən Qəzzada silahlı qarşıdurma başlayandan bəri 19 min adam yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə