Modern.az

İsrail Qəzzadakı quru əməliyyatlarını GENİŞLƏNDİRİR

İsrail Qəzzadakı quru əməliyyatlarını GENİŞLƏNDİRİR

Dünya

29 Oktyabr 2023, 12:34

İsrail hərbçiləri son sutkada Qəzza zolağındakı 450 hədəfə hücum ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (İMO) mətbuat xidməti teleqramda məlumat yayıb.

 

“Son 24 saat ərzində İMO qırıcıları Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 450 hərbi obyektə, o cümlədən əməliyyat komandanlıq məntəqələri, müşahidə məntəqələri və tank əleyhinə raket buraxılış qurğularına zərbələr endirib. İMO bölmələri quru əməliyyatlarını genişləndirməkdə davam edir”, - məlumatda qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə